8 C
Baku
Thursday, December 12, 2024

İran nüvə razılaşmasında 4 məsələnin nəzərə alınmasını istəyir

İranı narahat edən dörd məsələ nüvə müzakirələri üzrə yekun razılaşmada nəzərə alınmalıdır.

Bunu İranın hökumət sözçüsü Əli Bahaduri Cəhromi deyib.

O onun sözlərinə görə, nəzərə alınmalı olan məsələlərdən birincisi odur ki, zəmanətlər arxayınlıq yaratmalıdır: “İkincisi, müqavilədə obyektiv və praktiki yoxlama nəzərdə tutulmalıdır. Üçüncüsü, sanksiyaların ləğvi davamlı olmalıdır və təhlükəsizlik nəzarəti ilə bağlı siyasi iddialara son qoyulmalıdır”.

O bildirib ki, bu halları nəzərə alaraq, İslam Respublikası əvvəllər danışıqları tərk etməyib və tərk etməyəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər