İran nüvə reaktorlarının lokallaşdırılmasına başladığını bildirib.
Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib.
“Qarşı tərəf ittihamlar səsləndirməklə bizim nüvə sahəsində irəliləyişimizə mane olmaq niyyətindədir. İran bir neçə nüvə reaktorunun layihələndirilməsi və tikintisi üçün potensialını artırmağa başlayıb və onların lokallaşdırılmasını gündəmə gətirib”, o deyib.
M.İslami deyib ki, İran dünyada Atom Elektrik Stansiyalarının mərkəzinə çevrilmək niyyətindədir.