İran Tehran ilə Vaşinqton arasında danışıqlarda vasitəçi rolunu oynayan Pakistana uzunmüddətli atəşkəsin müzakirəsi üçün yeni təklif paketinin mətnini təqdim edib. Bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai münaqişənin dayandırılması və sülhün bərqərar edilməsini İslam Respublikasının əsas prioriteti adlandırıb.







