13 C
Baku
Friday, November 22, 2024

İran parlamenti Haniyənin ölümü ilə bağlı fövqəladə iclas keçirəcək

İran parlamenti HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə bağlı fövqəladə iclas keçirəcək.

Bunu Parlamentin Milli Təhlükəsizlik üzrə Komissiyasının təmsilçisi İbrahim Rezai bildirib.

O deyib ki, toplantıda ölkənin təhlükəsizlik strukturlarının rəhbərləri də iştirak edəcək.

Bu arada, HƏMAS-ın siyasi şurasının üzvü Musa Əbu Mazruk bildirib ki, təmsil etdiyi təşkilat bu hadisəyə görə cavab tədbirlərinin müzakirəsinə başlayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər