İran pasportunun reytinqi 5 pillə aşağı düşüb.
Banker.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.
Bildirilir ki, İran pasportunun dünya üzrə reytinqi ölkə Prezidenti İbrahim Rəisinin hakimiyyəti dövründə 5 pillə geriləyərək Həsən Ruhani hakimiyyəti dövründəki 95-ci yerdən 100-cü yerə düşüb.
2023-cü ilin sıralamasına görə, İran pasportu Anqola, Monqolustan və digər ölkələrdən də aşağıda yer alıb.