Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz.
Banker.az xəbər verir ki, bunu İran prezident administrasiyasının rəhbəri Mahmud Vaezi deyib .
“İranın mövqeyi aydındır. Azərbaycan və Ermənistan rəsmiləri ilə söhbətlərində Prezident Həsən Ruhani bu mövzuda açıq şəkildə danışdı və bu gün İran bu məsələni Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etmək niyyətindədir” deyə İran Prezident Administrasiyasının rəhbəri bildirib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsi qarşılıqlı anlaşma ilə, “hər iki dövlətin ərazi bütövlüyünə hörmət, işğala son qoyulması” əsasında danışıqlar yolu ilə həll olunmalıdır.