“Artıq əsas sanksiyaların aradan qaldırılması ilə bağlı problemlər həll edilib”.
Bunu İran prezidenti Həsən Ruhani Tehranda Səhiyyə Nazirliyinin məsul şəxsləri və əməkdaşları ilə keçirdiyi görüşdə Avstriyanın paytaxtı Vyanada İslam Respublikasının nüvə proqramı ilə bağlı razılaşmanın müzakirəsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, sanksiyaların ləğvi ilə bağlı bəzi detallar qalıb: “Onların da müzakirəsi davam edir”.
Qeyd edək ki, 2015-ci ilin iyulunda İranın nüvə proqramı üzrə ABŞ, Almaniya, Britaniya, Fransa, Çin və Rusiya İslam Respublikası ilə Əhatəli Razılaşma Planı imzalamışdı. Donald Tramp ABŞ prezidenti olandan sonra ölkəsini bu razılaşmadan çıxartmışdı.