İran Prezidenti 14 il sonra Əlcəzairə səfər edəcək.
Bu barədə IRNA məlumat yayıb.
İran Prezidenti İbrahim Rəisi Qaz ixrac edən ölkələrin Forumunun (GECF) dövlət və hökumət başçılarının 7-ci Sammitində iştirak etmək üçün martın 2-də Əlcəzairə səfər edəcək.
Rəisinin bir sıra ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.