14 C
Baku
Saturday, November 23, 2024

İran Prezidenti Azərbaycana gəlməyi planlaşdırır

“Düşünürəm, Xəzər dənizi ilə bağlı önəmli məsələlərdən biri budur ki, Xəzəryanı ölkələrin dövlət başçıları mütəmadi olaraq görüşürlər. Əlbəttə, Zati-alinizin Tehrana səfər etmək, mənim də Bakıya səfər etmək kimi planlarımız var”.

Bunu iyunun 29-da Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə deyib.

“Lakin bizim belə platformalardan istifadə edib görüş keçirməyimiz də münasibətlərimizin inkişafına kömək edir. İki ölkə arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur. Hesab edirəm ki, biz münasibətlərimizdə olan bir çox potensialdan tam istifadə edə bilməmişik. Düşünürəm ki, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdən daha da inkişaf etdirilə bilər”, – İran lideri vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər