İran Prezidenti Həsən Ruhani Beynəlxalq Valyuta Fonduna (BVF) çağırış edib.
“Reuters” verdiyi xəbərə görə, bu barədə Həsən Ruhani hökumətin iclasında çıxışı zamanı deyib.
“Beynəlxalq təşkilatları öz vəzifələrini yerinə yetirməyə çağırıram. Biz Beynəlxalq Valyuta Fondunun üzvüyük. Kredit verilərkən ayrı-seçkilik tətbiq olunmamalıdır”, – deyə İran Prezidenti bildirib.
H. Ruhani ABŞ-ın tətbiq etdiyi sanksiyaları da tənqid edib, bunu
“iqtisadi və tibbi terrorizm” adlandırıb.
Qeyd edək ki, İran koronavirus pandemiyası ilə mübarizə üçün BVF-dan 5 milyard dollar təcili maliyyə yardımı istəyib.
©APA