18 C
Baku
Sunday, September 29, 2024

İran prezidenti: “Sanksiyalar qaldırıldığı təqdirdə ABŞ ilə danışıqlar mümkün olacaq”

İran prezidenti Həsən Ruhani, Vaşinqtonun sanksiyalarını qaldırdığı təqdirdə ABŞ ilə danışıqların mümkün olacağına işarə edib.

Banker.az xəbər verir ki, “Vaşinqton ədalətsiz sanksiyalarını qaldırdığı və öz vəzifələrini yerinə yetirdiyi təqdirdə danışıqları davam etdirə bilərik”, – deyə Ruhani qeyd edib.

“Bizim xalq sözlərə görə deyil, əməllərə görə qiymət verir”, – prezident əlavə edib.

 Vesti.Ekonomika-nın daha əvvəl verdiyi məlumata görə. ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü bildirib ki, İranla nüvə proqramı üzrə razılaşma iki ölkə arasındakı gərginliyin kəskinləşməsi fonunda belə mümkündür.

“Mən həqiqətən də inanıram ki, İran razılığa gəlmək istəyir və düşünürəm ki, bu mümkündür” – Tramp bildirib.

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Musavi, ABŞ ilə danışıqların keçirilməsinə heç bir perspektiv görmədiyini qeyd edib.

Xatırladaq ki, cari ilin noyabr ayında ABŞ İslam Respublikasına təzyiq göstərmək məqsədilə Tehrana qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyaların əsas obyekti neft, bank, gəmiqayırma və dəniz daşımaları sektoru olmuşdur.

Qeyd edək ki, səkkiz ölkəyə müvəqqəti olaraq İran neftini idxal etmək hüququ təqdim edilmişdir.

Son xəbərlər
Digər xəbərlər