“İran Prezidenti İbrahim Rəisi Türkiyəyə səfər edəcək”.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O, səfərin əvvəlcədən planlaşdırıldığını xatırladıb: “Ancaq səfər Türkiyədə baş vermiş zəlzələyə görə təxirə salındı. Ümid edirəm ki, yaxın vaxtlarda Prezident İbrahim Rəisi ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında səmərəli görüş olacaq”.