İran prezidenti İbrahim Rəisi Kirmanşah vilayətində ictimaiyyət qarşısında çıxışı zamanı bildirib ki, İran regionda heç bir təhlükəsizlik və böhranı qəbul etməyəcək.
Banker.az İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən xəbər verir ki, İranın hər zamankindən daha güclü olduğuna işarə edən Rəisi, “ABŞ və müttəfiqlərinin hər səhvi peşman olacaqları sərt bir cavabla qarşılaşacaq” ifadəsini işlədib.
ABŞ-ın hazırkı gücünü hər zamankindən daha zəif gördüklərini, İrana qarşı sanksiya və maksimum təzyiq siyasətinin məğlubiyyətə uğradığını söyləyən Rəisi, “Onlara köhnə siyasətlərini bir daha təcrübə etməməyi tövsiyə edirik” deyib.
İran prezidentinin bu açıqlamasının ABŞ prezidenti Co Baydenin Yaxın Şərqə səfərinin başladığı vaxtda səsləndirilməsi diqqət çəkib.