19 C
Baku
Tuesday, June 24, 2025

İran Qətərdəki ABŞ bazasının vurulmasından sonra bəyanat yayıb

“ABŞ-ın İranın dinc məqsədli nüvə obyektlərinə qarşı hücumuna cavab olaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə SEPAH və “Xatəm əl-Ənbiya” komandanlığı ilə “Bərəkətül-Fəth” əməliyyatı çərçivəsində Qətərdəki Əl-Udeyd aviabazasına güclü raket zərbəsi endirib.”

Bu açıqlama İran Silahlı Qüvvələrinin bəyanatında öz əksini tapıb.

Qeyd edək ki, baza ABŞ Hərbi Hava Qüvvələrinin qərargahı və ABŞ-ın regiondakı ən böyük hərbi obyektidir.

İran tərəfi həmçinin bildirib ki, ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinə hər hansı qəsd cavabsız qalmayacaq. İran regiondakı ABŞ bazalarını həssas nöqtələr adlandırıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər