28 C
Baku
Saturday, July 27, 2024

İran Qarabağ münaqişəsinə son qoya biləcək bir plan hazırladı

İran Qarabağ münaqişəsinə son qoya biləcək bir plan hazırlayıb.

Banker.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bildirib.

O qeyd edib ki, İranın şimal-qərb sərhədindəki inkişafları yaxından izləyirik və hər iki tərəflə əlaqədəyik

“Münaqişənin başından bəri İran hər iki tərəfə bu münaqişənin hərbi yolla həlli olmadığını söylədi. Yenə də Azərbaycanın ərazi bütövlüyünə və qoşunların işğal olunmuş şəhərlərdən geri çəkilməsinə ehtiyac duyulduğunu nəzərə alaraq hərtərəfli siyasi dialoqa başlamaq üçün hərbi münaqişənin dərhal dayandırılmalı olduğunu vurğulayırıq.

 İran, bu mövzuda bəhs etdiyim quruluşa əsaslanaraq ətraflı bir plan hazırlayıb və hər iki tərəf və bölgə ölkələri ilə məsləhətləşmələr yolu ilə həyata keçirilə bilər ”ifadəsini səsləndirib.

Hər iki tərəfi dərhal atəşkəsə çağıraraq İranın öz ərazisindəki istənməyən təcavüzə dözməyəcəyini vurğulayıb.

 

Son xəbərlər
Digər xəbərlər