İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün regional güclərin iştirakına əsaslanan yeni təklif hazırlayıb.
Banker.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini İrana Abbas Araqçı məlumat verib.
“Biz öz üzərimizə məsuliyyət götürürük və bu böhranı həll etməyə kömək edəcəyik”, – diplomat söyləyib.
“Tərəflərə regional yanaşmaya əsaslanan, o cümlədən problemin həll edilməsində aparıcı rol oynayan ölkələrin iştirakını nəzərdə tutan bir plan təqdim etdik. Qeyd edək ki, Rusiya regionun ən vacib ölkələrindən biridir”.