26 C
Baku
Saturday, July 27, 2024

İran Rusiya ilə “Mir” ödəniş sistemindən istifadəyə dair razılığa gəlib

İranın turizm, mədəni irs və sənətkarlıq nazirinin müavini Əli Əsgər Şalbafiyan bildirib ki, Rusiya və İran Rusiyanın “Mir” ödəniş sisteminin kartlarından istifadə üçün lazım olan bütün ikitərəfli razılaşmalara nail olublar. O qeyd edib ki, işə salınmanın tarixi Rusiya və İranın mərkəzi banklarından (MB) asılıdır.

Nazir müavini həmçinin hesab edir ki, Rusiya və İran rusiyalı turistlər üçün gəliş zamanı vizaların ləğvini işləyib hazırlamalıdırlar. “Biz hesab edirik ki, turist axınının artmasının əsas səbəbi hazırda mövcud olan maneələrin aradan qaldırılmasıdır. Biz bu istiqamətdə işləməliyik. Hazırda İrana gələn Rusiya vətəndaşları birbaşa hava limanında çox asanlıqla viza ala bilirlər. Ümid edirik ki, Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini bu maneənin aradan qaldırılmasında bizə kömək edəcək”.

“Mir”in proqram təminatı baxımından İranın ödəniş sisteminə uyğunlaşdırılmasına ehtiyac olduğunu 2022-ci ilin avqustunda ölkənin xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri bəyan edib. Bundan əlavə, İran və Rusiya xarici ticarət hesablaşmalarında dollar, rubl və İran rialını əvəz edəcək tokenin yaradılmasını müzakirə ediblər.

Son xəbərlər
Digər xəbərlər