36 C
Baku
Wednesday, August 17, 2022

İran Rusiya ilə viza rejimini ləğv etməyi təklif edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, ölkə Rusiya ilə viza rejimini ləğv etməyə hazırdır. Onun sözlərinə görə, Tehran İran və Rusiya arasında ticarətin artımını stimullaşdırmaq üçün ilk növbədə iş adamları üçün viza rejimini ləğv etməyi təklif edir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“İki ölkə arasında vizaların ləğvi məsələsində əməkdaşlıq müzakirə olunub. İran Rusiya ilə viza rejimini ləğv etməyə hazırdır. İlk addım olaraq ticarət əlaqələrini artırmaq üçün iş adamları üçün vizaların ləğvi təklif olunub”, – deyə xarici işlər naziri söyləyib.

Öz növbəsində, cənab Lavrov əlavə edib ki, Rusiya və İran ticarət dövriyyəsinin artdığını müşahidə edirlər. Onun sözlərinə görə, 2021-ci ilin sonuna ölkələr arasında ticarət dövriyyəsi 80% artaraq 4 milyard dollardan çox olub.

Sergey Lavrov və Hüseyn Əmir Abdullahyan arasında danışıqlar bu gün, iyunun 23-də Tehranda keçirilib. Tərəflər ölkələr arasında ticarətin və əməkdaşlığın, o cümlədən enerji sektorunda inkişafı müzakirə ediblər.

Son xəbərlər
Oxşar xəbərlər