İran Rusiyadan taxıl idxalını təxminən 3 dəfə artırmaq niyyətindədir.
Bunu İranın Rusiyadakı səfiri Kazem Calali “RİA Novosti”yə açıqlamasında bildirib.
“Bu il İran Rusiyadan 20 milyon tondan artıq taxıl tədarük edə bilər. Ötən il bu rəqəm 7 milyon ton olub. İran Rusiyanın məhsul ixrac etdiyi ölkələr arasında birinci yerdədir”, – deyə o, qeyd edib.