28 C
Baku
Tuesday, July 23, 2024

İran Rusiyadan hərbi təyyarələr aldı

İran Rusiyadan Su-35 döyüş təyyarələrinin satınalma prosedurlarını tamamlayıb.

Məlumatı İranın BMT-dəki Daimi Nümayəndəliyi təsdiqləyib.

Bildirilib ki, 1988-ci ildə baş verən İran-İraq müharibəsindən sonra İran bəzi ölkələrə döyüş təyyarələri almaq üçün müraciət göndərib və Rusiya bu müraciətə müsbət cavab verib.

Qeyd olunub ki, BMT-nin 2007-ci ildən etibarən İrana qarşı tətbiq etdiyi silah embarqosu 2020-ci ilin oktyabrında qaldırıldıqdan sonra Rusiyadan Su-35 təyyarələrinin alınmasına cəhdlər edilib və nəhayət, döyüş təyyarələrinin satınalma prosedurları yekunlaşıb.

Ölkə mətbuatında yer alan xəbərə görə, İran ilk mərhələdə Rusiyadan 24 döyüş təyyarəsi alacaq.

Son xəbərlər
Digər xəbərlər