İran dövlət orqanları Rusiyanın “Yandex” internet portalına blok qoyub.
“Kommersant”-ın verdiyi məlumata görə, bloka “yandex.com” beynəlxalq saytı düşüb, regional resurslar, məsələn, “yandex.ru”ya giriş isə mümkündür.
Rusiyanın İrandakı səfirliyinin mətbuat attaşesi Maksim Suslov “yandex.com”a blok qoyulduğunu təsdiqləyib: “İran tərəfi hesab edir ki, orada İslam dəyərlərinə uyğun olmayan informasiyalar var”.
Hazırda İranda “Facebook”, “Twitter”, “V Kontakte” sosial şəbəkələrinə giriş də məhdudlaşdırılıb. Lakin bir çox insan VPN-serverlərdən istifadə edərək saytlara daxil ola bilir.
İKT.Lentaz