19 C
Baku
Saturday, May 25, 2024

İran səfiri Fransa XİN-ə çağırılıb

İran səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Fransa XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İranın Fransadakı səfiri Məhəmməd Amin-Nejad bu gün Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə rəsmi Parisin İranın İsrailə qarşı həyata keçirdiyi hücumu qətiyyətlə pisləməsi iranlı diplomatın diqqətinə çatdırılıb.

“İran İslam Respublikası bu məsuliyyətsiz hücumu həyata keçirməklə heç kimin marağında olmadığı bir alovlanma riski yaradır. İsrailin və digər tərəfdaşlarımızın təhlükəsizliyini və regional sabitliyi təhdid edən bu ciddi və görünməmiş hərəkətlər dərhal dayandırılmalıdır. Fransa gərginliyi azaltmaq üçün tərəfdaşları ilə işləyir və hamını təmkinli olmağa çağırır. İranda özbaşına saxlanılan vətəndaşlarımızın dərhal azadlığa buraxılması tələbi bir daha vurğulanır”, Fransa XİN bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər