ABŞ İrana qarşı hərəkətlərini davam etdirərsə, neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələ bilər. Bu barədə İranın Yaponiyadakı səfiri Peyman Səadət bildirib.
“Əgər onlar bu şəkildə davam etsələr, biz əlbəttə ki, cavab verəcəyik. Bu, onların günahı və problemidir. Neftin qiyməti 150-200 dollara çata bilər. Biz özümüzü zəruri hesab etdiyimiz istənilən üsulla müdafiə edəcəyik və bu halda onlar daha yüksək neft qiymətlərinə hazır olmalıdırlar. Bu, onların günahıdır. ABŞ-nin yaxınlığında fəaliyyət göstərən biz deyilik. Onlar mənim regionumda fəaliyyət göstərirlər”, – deyə səfir vurğulayıb.







