İranın müvəqqəti işlər vəkili Avstraliya xarici işlər nazirliyinə çağırılıb.
Bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq özünün “Twitter“ səhifəsində bildirib.
O qeyd edib ki, Avstraliya hökuməti etirazların şokedici şəkildə yatırılmasına görə İran səfirini yenidən çağırıb.
O, İrandakı etirazlara dəstək olaraq deyib: “Biz beynəlxalq tərəfdaşlarımızla və hökumət daxilində İranın insan haqlarını pozduğuna görə, ona təzyiqləri artırmaq üçün işləməyə davam edəcəyik”.