Azərbaycan xalqını işğal altındakı torpaqlarının azad olunması və suverenliyinin bərpası münasibətilə təbrik edirəm.
Bunu “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində Zəngilana səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bildirib.
Səfir deyib ki, keçmişdə də Bakıda işləyib, 27 il öncə Göygöldən Qarabağa baxıb: “Arzulayırdım ki, bu torpaqlar azad olunsun və mən də bu yerlərdə olum. Çox şadam ki, mənim bu arzum həyata keçib. Bir daha Azərbaycan xalqını və dövlətini bu böyük nailiyyətə görə təbrik edirəm”.