İran səsdən sürətli qanadlı raketin sınaqlarına başlayıb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, raket “Ramjet” tipli mühərriklə təchiz edilib.
Bildirilib ki, birinci nəsil qanadlı raketlər ilkin sürətlənməni təmin etmək üçün sadə raket mühərrikləri, eləcə də hərəkəti idarə etmək üçün turboreaktiv mühərriklərlə təchiz edilib.
Sınaqları keçirilən yeni nəsil raket isə yüksək sürətə çatmağa imkan verən “Ramjet”lə təchiz edilib.
Xatırladaq ki, bu ilin iyun ayında İran hökuməti yerli istehsal olan ilk hipersəs “Fəttah” ballistik raketini nümayiş etdirib və bununla da İran dünyada hipersəs texnologiyası ilə silahlanan dördüncü ölkə oldu.