10 C
Baku
Friday, December 13, 2024

İran Səudiyyə Ərəbistanının iqtisadi paytaxtında konsulluğunu yenidən açıb

Səudiyyə Ərəbistanındakı Baş Konsulluq İran tərəfindən iyunun 7-də ölkənin “iqtisadi paytaxtı” Ciddə şəhərində rəsmi olaraq açılıb.

Bu barədə IRNA agentliyi məlumat yayıb.

İranın diplomatik missiyası hər iki ölkənin rəsmilərinin iştirakı ilə keçirilən mərasimdə yenidən açılıb.

İslam Respublikası həmçinin İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) nümayəndəliyinin işini bərpa edib.

İƏT Ciddədə yerləşir və təşkilatın 57 üzvü var.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər