Tehran neft ixracı ilə bağlı ABŞ sanksiyalarından yayınmaq üçün, xammalın qara bazarından istifadə edəcək. Bu məlumat beynəlxalq və ticarət məsələləri üzrə nazir müavinini Amir Hüseyn Zamaniniya tərəfindən verilib.
Banker.az xəbər verir ki, Şöbə müdirinin müavini vurğulayıb ki, İran bu qərarı məqbul hesab edir. Onun fikrincə, İranın qara bazardan istifadə etməsi “ticarət fırıldaqçılığı deyil, İslam Respublikasının ədalətsiz hesab etdiyi sanksiyalara verdiyi cavabdır”. Eyni zamanda, müavin Tehranın “qara bazar” dedikdə nə nəzərdə tutduğunu qeyd etməyib.
Neft nazirinin müavini də qeyd edir ki, bu sanksiyalar İranı təcili iqtisadi tədbirlərə başlaması zərurəti ilə toqquşdurub. “Biz maliyyə və iqtisadi tənzimləmə məsələlərində ciddi qərarlar qəbul etməliyik, hökumət bunun üzərində işləyir”, – o deyib.
Xatırladaq ki, ABŞ 2018-ci ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran tərəfindən nüvə proqramının davam etdirilməsinə görə, neft ixracatının tamamilə dayandırılması məhdudiyyəti tətbiq edilmişdir. Lakin ilk başlarda Çin, Türkiyə, Cənubi Koreya, Hindistan, Yunanıstan, İtaliya, Tayvan və Yaponiya ölkələrinə 2019-cu ilin 2 may tarixinə qədər, yəni altı ay müddətində İran neftini sərbəst şəkildə idxal etmələrinə icazə verilmişdir. Yunanıstan və Tayvan ölkələri 2018-ci ilin noyabrında İrandan neft idxalını sıfıra endiriblər.
Cari ilin aprel ayında “The Washington Post” nəşrinin verdiyi məlumata görə, Vaşinqton İran neftinin alıcıları üçün bütün güzəştləri ləğv etmək niyyətindədir. 22 aprel tarixində Ağ Ev rəsmi olaraq bütün ölkələrə İran neftinin idxalına qadağa qoydu. “Bu qərarın əsas məqsədi İranın neft istehsalını sıfıra endirməkdən və beləliklə hökuməti əsas gəlir mənbəyindən məhrum etməkdən ibarətdir”, – Ağ Evin mətbuat katibi Sarah Sanders qeyd edib.