6 C
Baku
Sunday, December 15, 2024

İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olub

İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olub, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

ŞƏT katibliyi bildirir ki, üzv ölkələr Yeni Dehli bəyannaməsini imzalayıblar. Xatırladaq ki, daha əvvəl Çin lideri Si Cinpin ŞƏT ölkələri arasında hesablaşmalarda milli valyutaların payını artırmağa çağırıb.

“Biz regionumuzun ümumi və uzunmüddətli maraqlarına əsaslanan xarici siyasətimizi müstəqil şəkildə inkişaf etdirməliyik. Kənardan yeni soyuq müharibəni qızışdırmaq və regionumuzda blok qarşıdurmasını təhrik etmək cəhdlərinə qarşı ayıq-sayıq olmalı, kənardan müdaxilə etmək və istənilən bəhanə ilə rəngli inqilabları ruhlandırmaq cəhdlərinə qəti şəkildə qarşı çıxmalıyıq”, – deyə cənab Cinpin bildirib.

Bu gün Yeni Dehlidə virtual formatda ŞƏT dövlət başçıları Şurasının 23-cü Sammiti keçirilir. Həmçinin, sammit zamanı təşkilata üzv dövlətlər Belarusun təşkilata daxil olması ilə bağlı niyyət memorandumunu rəsmiləşdirəcəklər. Hazırda ŞƏT-ə İrandan başqa səkkiz ölkə daxildir: Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan.

Son xəbərlər
Digər xəbərlər