İran yenidən “Saudi Aramco” şirkətinin Səudiyyə Ərəbistanının Ras-Tannura şəhərində yerləşən ən böyük neft emalı zavoduna (NEZ) hücum edib.
Banker.az xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-i Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, ölkənin hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatını zərərsizləşdirib. “İlkin qiymətləndirmələrə görə, hücum PUA vasitəsilə həyata keçirilib və heç bir dağıntıya səbəb olmayıb”, – nazirliyin bəyanatında deyilib.
Xatırladaq ki, ötən gün İranın “Shahed-136” dronları Ras-Tannuradakı NEZ-ə hücumu nəticəsində Səudiyyə Ərəbistanı müəssisənin fəaliyyətini bir neçə gün müddətinə dayandırıb.






