Tehran bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyət quruculuğu konsepsiyasını, eləcə də Çin Xalq Respublikasının Sədri Si Cinpinin təklif etdiyi qlobal təşəbbüsləri dəstəkləyir.
Bunu İranın Çindəki səfiri Abdolreza Rəhmani-Fazli bildirib.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançao ilə görüşdə səfir bildirib ki, İran diplomatik əlaqələrin qurulmasının 55-ci və hərtərəfli strateji tərəfdaşlığın 10-cu ildönümü ilə əlaqədar 2026-cı ildə münasibətlərin inkişafını sürətləndirmək üçün Pekinlə əməkdaşlıq etməyə hazırdır:
“Bu, İran və Çin rəhbərləri arasındakı sazişlərin həyata keçirilməsini sürətləndirmək, iqtisadi, ticarət, investisiya sahələrində əməkdaşlığı genişləndirmək, həmçinin ikitərəfli münasibətlərdə müsbət dinamikanı daha da gücləndirmək üçün imkanlar açır”.







