24.3 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

İran şirkətinin Azərbaycana göndərdiyi bu məhsul yararsız çıxdı

Screen Shot 2021 09 02 at 14.34.20

“AGROSTAR COMPANY” MMC tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən halva məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Banker.az xəbər verir ki, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında kif və maya göbələkləri aşkar edilib. Agentlik tərəfindən ümumi çəkisi 240 kq olan halva məhsulu partiyası istifadəyə yararsız hesab edilib və məhsulun satış şəbəkəsinə daxil olmasının qarşısının alınması ilə bağlı müvafiq tədbirlər görülüb.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər