10 C
Baku
Wednesday, December 11, 2024

İran standartlara uyğun olmayan avtomobillərin istehsalını dayandırır

İran standartlara uyğun olmayan avtomobillərin istehsalını dayandırır.

Bunu İranın Məhkəmə Sisteminin sözçüsü Zəbihullah Xudaiyan deyib.

Ötən 3 həftə ərzində yol qəzalarında 1000 nəfərin öldüyünü deyən Xudaiyan bildirib ki, avtomobil istehsalçıları gördükləri işin insanların sağlamlığı ilə birbaşa əlaqəli olmasını bəzən anlaya bilmədiklərini qeyd edib.

“Bu qədər insanın 2-3 həftə ərzində ölümü bir faciədir. Bu ölümlərin səbəbinin bir hissəsi avtomobillərin standartlaya uyğun olmamasına görədir. Müvafiq qurumlar bu məsələyə diqqət etməlidir və standartlara uyğun olmayan avtomobillərin istehsalının qarşısı almalıdır.”

Avtomobillərin istehsalına nəzarətin gücləndirilməsinin zərurətindən danışan Z.Xudaiyan qeyd edib ki, Yol Polisi bu növ avtomobillərə dövlət nişanı verməyəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər