İran Türkiyəyə qaz tədarükünü bərpa etdi

İranın Milli Qaz Şirkəti Türkiyəyə qaz nəqlinin bərpa olunduğunu açıqlayıb.

Bu barədə “Shana” xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, yanvarın 19-da yaranan və bununla əlaqədar qazın 10 gün müddətinə dayandırılmasına qərar verilən texniki nasazlıqlar aradan qaldırılıb.

Qeyd olunur ki, yanvarın 17-də İrandan Türkiyəyə qaz nəqli gündəlik müqavilə həcminin üçdə birinə endirilib.

İran Türkiyəyə Tengiz-Ankara qaz kəməri vasitəsilə ildə orta hesabla 10 milyard kubmetr qaz nəql edir. Son məlumatlara görə, 2021-ci ildə İran qazının Türkiyənin enerji balansında payı 16%-ə yaxın olub.

 

 

Son xəbərlər
Digər xəbərlər