İran Milli Qaz Şirkəti (NIGC) Gürbulak paylayıcı məntəqəsindən Türkiyəyə təbii qaz nəqlini dayandırıb.
Şirkətdən verilən məlumata görə, buna texniki nasazlıq səbəb olub.
NIGC tərəfindən BOTAŞ-a göndərilən bildirişdə qaz nəqlinin 10 gün sonra bərpa ediləcəyi qeyd olunub.