13 C
Baku
Wednesday, May 8, 2024

“İran Ukrayna münaqişəsinin tərəfi deyil”

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kanani deyib ki, Moskva və Tehran arasında müdafiə sahəsində əməkdaşlıq heç bir üçüncü dövlətə, xüsusən də Kiyevə qarşı yönəlməyib.

O, bunu bazar ertəsi mətbuat konfransında bildirib.

Kananinin sözlərinə görə, Tehran Ukrayna münaqişəsinin tərəfi deyil və hərbi əməliyyatlarda iştirak etmi:

“İran və Rusiya arasındakı əməkdaşlıq müxtəlif sahələrdə ortaq maraqlara əsaslanır və iki ölkənin müdafiə sahəsində əməkdaşlığı hər hansı üçüncü ölkə əleyhinə deyil”.

“Bu böhranın həlli siyasi dialoqdur, sülhü bərqərar etmək və müharibəni dayandırmaq lazımdır. Biz dəfələrlə demişik ki, bu münaqişə tərəflərinin heç birinə nə silah, nə də hərbi yardım göstərmirik”, – iranlı diplomat əlavə edib.

Kanani deyib ki, İrana qarşı iddialar siyasi motivlidir və müharibənin bir tərəfinə silah göndərən ölkələr tərəfindən irəli sürülür.

Qərb ölkələri isə bildirir ki, İran hazırda Ukraynadakı hərbi əməliyyatlar üçün Rusiyaya pilotsuz təyyarələr verir. Moskva və Tehran bu cür ittihamları dəfələrlə rədd edib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian bildirib ki, Tehran Rusiya Federasiyasını pilotsuz təyyarələrlə təmin edib, lakin bnu, Ukraynada xüsusi əməliyyatın başlamasına bir neçə ay qalmış baş verib

İranın xarici işlər naziri Rusiyaya raketlərin tədarükü ilə bağlı məlumatı “tamamilə yalan” adlandırıb.

Avropa İttifaqı Tehrana qarşı sanksiyalar tətbiq edib. İran da cavab olaraq Avropa Birliyinə qarşı sanksiyalarını genişləndirib.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər