25 C
Baku
Sunday, July 21, 2024

İran və “AvtoVAZ” birgə istehsal haqqında razılığa gələ bilər

İran İslam Respublikası hakimiyyəti Rusiyanın “AvtoVAZ” şirkəti ilə avtomobillərin birgə istehsalına dair müqavilə bağlamaq istəyir.

“Gazeta.ru” xəbər verir ki, bu barədə İranın Avtomobil Hissələrinin İstehsalı Assosiasiyasının direktorlar şurasının sədri Nəcəfi Maneş bildirib.

Onun sözlərinə görə, İran və Rusiya arasında münasibətlər hazırda yüksək səviyyədədir. Maneşin bildirib ki, tarixdə bu iki dövlətin bir-birinə bu qədər yaxınlaşdığı belə bir vəziyyət olmayıb.

“Biz fürsətdən istifadə etməliyik. Bu əməkdaşlığın başqa şəraitdə də davam etməsi üçün uzunmüddətli plan hazırlamalıyıq”, – deyə o, bildirib.

Bundan əvvəl Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Albert Kərimov bildirmişdi ki, İran Rusiyaya öz istehsalı olan avtomobilləri tədarük etməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər