21 C
Baku
Monday, May 20, 2024

İran və Azərbaycan arasında gəmi ilə yükdaşıma artıb

İran və Azərbaycan arasında Xəzər dənizində gəmiçilik xətti ilə yükdaşımada artım müşahidə olunur.

Bunu İranın Xəzər Gəmiçilik Şirkətinin icra direktoru Davud Təfti deyib.

D.Təftinin sözlərinə görə, ötən ilin martından bu ilin eyni dövrünə qədər İran və Azərbaycan arasında yükdaşıma 4 530 tona yaxın olub. Halbuki bu rəqəm 20 mart 2020 – 20 mart 2021-ci ildə 1 089 ton təşkil edib.

Daşınan yüklər əsasən lift, qalvaniz metal listlər və polietilen maddələr, ağac materiallar olub.

Yükdaşıma əsasən İranın Astara və Əmirabad limanları ilə Azərbaycanın Hövsan və Ələt limanları arasında həyata keçirilir.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər