23 C
Baku
Thursday, October 10, 2024

İran və Ermənistan yol ödənişlərini ləğv etmək barədə razılığa gəlib

Tehranla İrəvan yol ödənişlərini ləğv etmək barədə razılığa gəliblər.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd olunub ki, bu barədə razılıq İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşla Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan arasında keçirilən görüşdə əldə olunub.

Bəzrpaş bildirib ki, bu qərar, daha az xərclə üçüncü ölkələrə mal daşıya biləcək iş adamları üçün çox ciddi problemi həll edəcək.

Tərəflər həmçinin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin cənubda yerləşən yerləşən hissəsinin tikintisi barədə müqavilə imzalayıblar. İranla həmsərhəd Aqarak şəhərindən Qacaran şəhərinə uzunluğu 32 km olan hissənin tikintisinə dair müqavilə imzalanıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər