9 C
Baku
Saturday, December 21, 2024

İran və Rusiya Rəşt-Astara dəmir yolunun tikintisinə sərmayə qoyulması ilə bağlı razılığa gəlib

İran və Rusiya Rəşt-Astara dəmir yolunun tikintisinə sərmayə qoyulması haqqında razılıq haqqında yekun qərar qəbul edib və razılaşıblar.

Buna əsasən, Rusiyanın sərmayəsi ilə bu dəmir yolu layihəsinin Şimal-Cənub Dəhlizinin çatışmayan halqası kimi 3 il ərzində tikintisi nəzərdə tutulur ki, bu da bu sahədə verilən proqnozdan bir il azdır.

Razılaşmaya əsasən, iranlı podratçılar bu dəmir yolu xəttinin infrastrukturunu tam şəkildə həyata keçirəcəklər.

Bu gün Vladimir Putinin xüsusi köməkçisinin rəhbərlik etdiyi nümayəndə heyəti və ölkənin nəqliyyat infrastrukturunun tikintisi və inkişafı şirkətinin rəsmiləri ilə birlikdə Rəşt-Astara dəmir yolu xəttinə baş çəkəcək.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər