23 C
Baku
Sunday, July 21, 2024

İran və S.Ərəbistanı diplomatik əlaqələri bərpa etməyə hazırlaşır, İran mediası yazır

İran və Səudiyyə Ərəbistanı rəsmiləri arasında Çində bir neçə gün davam edən danışıqlardan sonra cümə günü Tehran və Ər-Riyad ikitərəfli münasibətlərin bərpasına dair razılıq əldə ediblər.

Banker.az bunu İranın “Mehr” agentliyinə istinad edir. Agentliyə görə, bu barədə İranın təhlükəsizlik aparatı bildirib.

İran prezidenti İbrahim Rəisinin Pekinə son səfəri və orada çinli həmkarı ilə apardığı danışıqlardan sonra İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi kontr-admiral Şamxani səudiyyəli həmkarı ilə Çinin paytaxtında intensiv danışıqlar aparılıb.

Agentliik yazır ki, bu danışıqların sonunda 10 mart 2023-cü il tarixində Pekində Çin Kommunist Partiyası Mərkəzi Xarici Əlaqələr Komissiyasının ofisindən Van Yi, Səudiyyə Ərəbistanının milli təhlükəsizlik müşaviri, dövlət naziri və Nazirlər Şurasının üzvü Musaid Əl Aiban, habelə direktor Şamxani tərəfindən imzalanmış üçtərəfli bəyanat qəbul edilib.

Bəyanata əsasən, İran İslam Respublikası və Səudiyyə Ərəbistanı Krallığı iki ay ərzində diplomatik əlaqələrin bərpası və səfirliklərin açılması barədə razılığa gəliblər.

“İki ölkənin xarici işlər nazirləri bu qərarın icrası və səfirlərin mübadiləsi üçün lazımi tənzimləmələr üçün görüş keçirəcəklər”, deyə, agentlik yazır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər