7 C
Baku
Thursday, December 12, 2024

İran və ABŞ arasında danışıqlar bərpa olunur

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Avropa İttifaqının baş diplomatı Josep Borrell ilə görüşüb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

İranlı nazir deyib ki, ABŞ ilə 2015-ci il nüvə sazişinin bərpası üzrə dolayı danışıqlar tezliklə bərpa olunacaq,

“Biz yaxın günlərdə danışıqları bərpa etməyə hazırıq. İran üçün vacib olan 2015-ci il razılaşmasının iqtisadi faydalarını tam şəkildə əldə etməkdir”, – deyə o qeyd edib.

“Yaxın günlərdə danışıqları bərpa edəcəyimiz və çıxılmaz vəziyyətdən çıxacağımız gözlənilir”, – Borrell deyib.

 

 

Son xəbərlər
Digər xəbərlər