22 C
Baku
Friday, April 26, 2024

İran və Avropa İttifaqı neft satışına dair müqavilə imzalayacaqlar

İran və Avropa İttifaqı, ABŞ sanksiyalarına heç bir məhəl qoymayaraq, neft satışına dair müqavilə imzalamağa hazır olduqlarını bildiriblər. Bu haqda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif məlumat verib.

Banker.az xəbər verir ki, “Hazırda İran öz neftini satmağa qadirdir, biz öz iqtisadiyyatımızı qoruya bilərik. İran amerikan sanksiyalarının öhdəsindən gələ bilər. Bir çox ölkələr İranla ticarət etməyə hazır olduqlarını bəyan ediblər”, – deyə Məhəmməd Cavad Zərif bildirir.

“İran və Avropa İttifaqı, İran neftini satmağa və ondan gəlir əldə etməyə imkan verəcək bir razılaşma ərəfəsindədirlər”, – deyə nazir əlavə edir.

Xatırladaq ki, ABŞ ötən il birtərəfli olaraq İranla nüvə razılaşmasından çıxaraq, yenidən Tehrana qarşı sanksiyalar tətbiq etmişdir. Eyni zamanda, bir sıra ölkələr (Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyə) üçün Vaşinqton müvəqqəti istisnalar yaratmışdır- bu ölkələrə müəyyən edilmiş müddətə qədər İran neftini almaq hüququ verilmişdir.

Daha əvvəl Donald Trampın administrasiyası bu istisnanın müddətini 2 may tarixindən sonra uzatmaq niyyətində olmadığını bildirmişdir. Bununla Ağ Ev İran neftinin ixracatını sıfıra endirmək istəyir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər