10 C
Baku
Wednesday, December 11, 2024

İran və Azərbaycan arasında yeni Astara terminalının tikintisi üçün büdcə ayrılacaq

İran və Azərbaycan arasında yeni Astara terminalının tikintisi üçün büdcə ayrılacaq.

İranın Avtomobil Nəqliyyatı Təşkilatının sədri Daryuş Əmani bu gün Gilan əyalətinin başçısı Əsədullah Abbasinin də iştirak etdiyi Astara sərhədində tikinti layihələrinin gedişi ilə tanış olarkən, bu terminalın tikintisi üçün vəsaitin gələn ilin büdcəsində müəyyən ediləcəyini açıqlayıb.

Məlumata görə, İran-Azərbaycan sərhədində yük avtomobillərinin hərəkətinin ikiqat artmasına toxunan Gilan valisi deyib:

“Bu səfərdə Astara selindən sonra binalara dəyən ziyan, yük maşınlarının sərhəd məntəqəsinə giriş-çıxışının təşkili, yük maşınlarının hərəkəti nəticəsində yaranan sıxlığın aradan qaldırılması kimi əsas məsələlərə baxılıb.

Terminalın tikintisi İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşın iştirakı və Azərbaycan ilə müqavilənin bağlanması əsasında başlayıb. Ümid edirik ki, işlər daha da sürətlənəcək”, -o, əlavə edib.

Son xəbərlər
Digər xəbərlər