İran və Səudiyyə Ərəbistanı arasında uçuşların bərpa olunması nəzərdən keçirilir.
Bu barədə İran Mülki Aviasiya Təşkilatının sözçüsü “Tasnim”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, İran və Səudiyyə Ərəbistanı arasında uçuşlar araşdırıldıqdan sonra bunun üçün lazımi və rəsmi icazələr veriləcək və iki ölkə arasında uçuşlar başlayacaq.