Tehran və Ər-Riyadda səfirliklər mayın 19-dək açılacaq.
Bunu İran Xarici İşlər Nazirliyinin Körfəz məsələləri üzrə idarəsinin rəisi Əlirza Enayəti IRNA-ya açıqlamasında deyib.
Diplomat bildirib ki, razılaşmaya əsasən, iki ölkənin səfirlikləri mayın 19-dək açılacaq və bu arada xarici işlər nazirləri görüşəcəklər.