26 C
Baku
Wednesday, July 23, 2025

İran və üç Avropa ölkəsi arasında nüvə danışıqları İstanbulda keçiriləcək

İranın nüvə proqramına dair danışıqların yeni raundu Böyük Britaniya, Fransa və Almaniyanın iştirakı ilə İstanbulda, iyulun 25-də keçiriləcək.

Bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Görüşdə İran və Avropa ölkələrinin xarici işlər nazirlərinin müavinləri iştirak edəcəklər. Danışıqlarda İranı XİN rəhbərinin müavinləri – Məcid Təxt Rəvançi və Kazım Qəribabadi təmsil edəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər