“İnvestisiya“dan İran və Yaxın Şərqlə bağlı qısa icmal:
▫️ İran SEPAH-ı bəyan edib ki, Hörmüz bağlanıb və İran ABŞ hücumlarını dayandırmayana qədər boğaz bağlı qalacaq. İran mediası istənilən keçidə cəhd edən gəminin vurulacağını bildirib.
▫️ ABŞ-ın Mərkəzi Komandanlığı isə Hörmüz boğazının açıq qaldığını açıqlayıb. Buna baxmayaraq, son sutkada gəmiçilik demək olar ki, dayanıb – şirkətlər risk etmir.
▫️ İran 13-cü mərhələ “Doğru vəd–4” əməliyyatının başlandığını elan edib.
▫️ ABŞ Dövlət Departamenti amerikalıları Yaxın Şərq ölkələrini dərhal tərk etməyə çağırıb. CNN-ə görə, ABŞ yaxın 24 saatda İrana zərbələri gücləndirəcək.
▫️ ABŞ tərəfi bildirib ki, əməliyyat quru qoşunları olmadan məqsədə çata bilər və zərbələr lazım olduğu qədər davam edəcək.
🛢 Neft və qaz bazarı
▫️ Avropada qaz qiymətləri +40%, Britaniyada +45%, ABŞ-da isə +4% artıb.
▫️ ABŞ-da benzinin orta qiyməti 2025-ci ilin noyabrından bəri ilk dəfə 3 dollar/galon səviyyəsinə yüksəlib.
▫️ LNG (maye qaz) tankerlərinin icarə haqqı 61 500 dollardan 200 000 dollara qalxıb. Buna səbəb Qətərdə LNG istehsalının dayanmasıdır (Bloomberg).
▫️ Hindistan, Hörmüz marşrutunun dayanması səbəbindən itirdiyi idxalın təxminən yarısını kompensasiya etmək üçün ABŞ-dan Rusiya neftinin alınmasına müvəqqəti icazə istəməyə çalışır (Bloomberg yazır).
▫️ Analitiklər bildirir ki, Qətərdən LNG tədarükündə uzunmüddətli fasilə Aİ-ni 2027-ci ildən Rusiya LNG-sinə qadağanı yenidən nəzərdən keçirməyə vadar edə bilər.
Hazırda bazar əsas riski Hörmüz boğazının faktiki bağlanması və regionda hərbi eskalasiyanın genişlənməsi ilə qiymətləndirir.






