İran İslam Respublikası parlamenti milli valyutanın rialdan tümənə dəyişdirilməsi qərarına gəlib.
Banker.az xəbər verir ki, bu barədə İran Islam Respublikası parlamentinin informasiya portalı məlumat yayıb.
9 iyul 1972-ci ildə İranın pul və maliyyə qanunun 1-ci maddəsində dəyişikliklər aparılıb.
Qərarda bildirilir ki, İranın milli valyutasının adı tüməndir və hər 1 tümən 10 min riala bərabərdir. Xarici valyutalar qarşılığında tümənin alqı-satqısı İranın Mərkəzi Bankı tərəfindən müəyyən olunur. Maksimum 3 il ərzində tümən və rialın paralel dövriyyəsi olacaq.
İranın MB maksimum 2 il ərzində bu qanunun icra olunması istiqamətində addımlar atmalıdır.
Mərkəzi Bankın layihəsinə əsasən, İranın milli valyutasından 4 sıfır atılması – denominasiya nəzərdə tutulub. İranın milli valyutasının adı tümən olacaq, hər 1 tümən hazırkı 10 min rial və 100 qrana (dəmir pul) bərabər olacaq.