7 C
Baku
Wednesday, December 25, 2024

İran “WhatsApp”ı blokdan çıxarıb

İran hakimiyyəti ölkədə “Google Play” proqram mağazası və “WhatsApp” messencerinin istifadəsinə qoyulan qadağanı aradan qaldırmağa razılaşıb. Yayda vəzifəsinin icrasına başlayan İran prezidenti Məsud Pezeşkian internet məhdudiyyətlərini yüngülləşdirəcəyini vəd edib.

Hər iki tətbiq İranda 2022-ci ildə 22 yaşlı kürd qadın Məhsa Aminin ölümü ilə başlayan etirazlardan sonra bağlanıb. Həmin ərəfədə ölkədə “Instagram” da bloklanıb.

Adı çəkilən sosial şəbəkə “Facebook”, “X” və “YouTube” ilə yanaşı İranda işləmir. Bu üç platforma 2009-cu ildə İslam Respublikasında qadağan edilib. “TikTok” və “Telegram” da ölkədə aktiv deyil.

Son xəbərlər
Digər xəbərlər